Təyyarəyə mobil telefon keçirənlərin nəzərinə – QAYDALAR DƏYİŞİR

Aprelin 1-dən etibarən bütün dünyada təyyarələrdə mobil telefon və noutbuk akkumulyatorlarının daşınması qaydaları dəyişib.
Xəbərlər 23 Fevral 2016 00:00 590
Təyyarəyə mobil telefon keçirənlərin nəzərinə – QAYDALAR DƏYİŞİR

Yeni qaydalara görə, təyyarələrin yük yerində litium-ion akkumulyatorlarının daşınmasına qadağa qoyulacaq. Seyyah.az-ın rus mətbuatına istinadən məlumatına görə, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qərar qəbul edib. Qeyd edək ki, litium-ion akkumulyatorları fotoaparat, noutbuklar, smartfonlar və digər elektron əşyaların akkumulyatorlarının istehsalında istifadə olunur. Qadağaya səbəb bu maddənin yanğın riskinin yüksək olmasıdır. Əvvəllər oxşar qadağa daha çox saatlarda istifadə olunan təkrar doldurulmayan litium-metal batareyalara tətbiq olunmuşdu. Qadağa ilə bağlı qərar bu ilin aprel ayının 1-dən qüvvəyə minəcək. Litium-ion akkumulyatorlarının aviadaşınmasına qadağa bu akkumulyatorlar üçün yanğınadavamlı qablaşdırma istehsal olunanadək qüvvədə olacaq.

OXŞAR XƏBƏRLƏR