İranda su üstündə hotel kompleksi açılıb - FOTOLAR

Turizm resurslarında İrandakı yeni qeyri-adi hotel kompleksinin fəaliyyətə başlaması barədə məlumatlar yayılıb.
Xəbərlər 24 Fevral 2016 00:00 830
İranda su üstündə hotel kompleksi açılıb - FOTOLAR

Seyyah.az-ın məlumatına görə, İranın cənubundakı Kiş adasında ölkədə ilk dəfə olaraq su üstündə hotel işə düşüb. «Toranj Marine Hotel» adlanan obyekt bir-biri ilə körpülərlə birləşdirilmiş və suyun üstündə yerləşən villalardan ibarətdir .

Kompleksdə 2, 4 və 6 nəfərlik 100 nömrə var. Burada şəffaf döşəməli restoran, turistlər üçün informasiya mərkəzi, valyuta mübadiləsi məntəqələri, avtomobil, velosiped və skuter prokatı məntəqələri var.

Gələcəkdə mehmanxanının sahil tərəfinnin də tikilərək genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, yerli qaydalara görə, birbaşa Kiş adasına uçan turistlərə, əgər onlar İranın başqa ərazilərinə getməyəcəklərsə, viza tələb olunmur.

OXŞAR XƏBƏRLƏR