"British Airways"-də Novruz endirimləri başladı

Aviaşirkətin Bakı nümayəndəliyinin yaydığı məlumata əsasən, kampaniya sərnişinlərə Avropaya, ABŞ-a və Kanadaya güzəştli tariflərlə səyahət etmək imkanı verir.
Xəbərlər 6 Mart 2014 00:00 984
"British Airways"-də Novruz endirimləri başladı

"British Airways" aviaşirkəti Novruz bayramı ərəfəsində xüsusi kampaniya keçirir.

Aviaşirkətin Bakı nümayəndəliyindən Seyyah.az-a verilən məlumata əsasən, kampaniya sərnişinlərə Avropaya, ABŞ-a və Kanadaya güzəştli tariflərlə səyahət etmək imkanı verir.


Güzəştli uçuş tarifləri 2014-cü il martın 10-dək alınan biletlərə aiddir. Xüsusi təklif "Club World", "World Traveller Plus" və "World Traveller" siniflərinə və iyulun 31-dək nəzərdə tutulan səyahətlərə şamil olunur.


Biletlərin qiyməti Böyük Britaniyaya 478 avrodan, Avropaya 473 avrodan, ABŞ və Kanadaya isə 743 avrodan başlayır.

OXŞAR XƏBƏRLƏR