"Pegasus" Azərbaycandan uçuş qiymətini və qrafikin açıqladı

Bu gün Türkiyənin aşağı büdcəli aviaşirkəti olan "Pegasus"la Azərbaycan turizm şirkətləri arasında görüş keçirilib.
Xəbərlər 24 Fevral 2016 00:00 1225
"Pegasus" Azərbaycandan uçuş qiymətini və qrafikin açıqladı

Seyyah.az Fins.az-a istinadən xəbər verir ki, şirkət martın 18-dən etibarən Qəbələfən uçuşlara başlayır. Bu günkü tədbirin məqsədi isə şirkətin bilet və əlavə xidmətlərinin Azərbaycan üçün müəyyənləşdirilmiş qiymətlərinin açıqlanmasıdır.

Belə ki, Qəbələ şəhərindən həftə üç dəfə uçuşlar həyata keçirəcək şirkətin bir istiqamət üzrə minimum qiyməti 49.99 avrodan başlayacaq. Əsas hava limanı Sabiha Gökçen Hava Limanıdır.

Sərnişinin seçdiyi oturacağa görə, ön sıralara əlavə 11 avro, arxa sıralara isə 4 avro ödəniş tələb olunut. Əlavə ödəniş etmək istəməyənlər avtomatik seçimdən istifadəd edə bilərlər. Uçuşlar Qəbələ-İstanbul uçuşu 04:20-də həyata keçirilir İstanbula çatma vaxtı 05:05-dir. Yayda getmə vaxtı 04:50 olacaq. Gəlmə vaxtı isə İstanbul saat ilə 22:40-da Qəbələyə çatma vaxtı isə 03:20-dir.

OXŞAR XƏBƏRLƏR