"Pegasus"la Çinə də uçmaq mümkün olacaq

"Pegasus" daha uzaq məsafələrə də uçuşlar təşkil edəcək.
Xəbərlər 25 Fevral 2016 00:00 608
"Pegasus"la Çinə də uçmaq mümkün olacaq

Seyyah.az xəbər verir ki, bunu bu gün keçirilən tədbirdə aviaşirkətin satış meneceri Erdem Gerçek deyib.

Onun sözlərinə görə, "Pegasus"un "Air Manas" ilə əldə etdiyi razılaşmaya əsasən, aviaşirkət İstanbul-Bişkek, oradan isə tranzit kimi istifadə edərək Hindistan və Çin kimi uzaqməsafəli ölkələrə də uçuşlar təşkil edəcək.

Hazırda isə şirkət İstanbuldan 41 ölkədən 103 şəhərə uçuşlar həyata keçirir.

Bununla yanaşı "Pegasus" "Airbus-300" modelli daha 100 yeni təyyarə sifariş edib, bunun da ümumi məbləği 12 milyard dollardır

OXŞAR XƏBƏRLƏR