Seyyah.az xəbər verir ki, bunu “Pegasus”un Bakı nümayəndələyini həyata keçirən Baku Trans MMC-nin rəhbəri İsmayıl Məmmədov bildirib.
Onun sözlərinə görə, tələb olsa, uçuşların sayı da arta bilər. Azərbaycanda başqa beynəlxalq statuslu hava limanları da var, qiymətlər normal olarsa, ora da uçmaq mümkündür. İ. Məmmədov deyib ki, lou kost aviaşirkətlər əsasən ikinci dərəcəli hava limanlarına uçmağa üstünük verirlər. Bunun səbəbi həmin aeroportlarda vergi yığımlarının az olmasıdır.
Şirkət nümayəndəsi aşağı büdcəli, yəni ucuz aviaşirkətlərin təyyarələrinin guya köhnə olması barədə yayılan fikirləri də rədd edib: «Pegasus» uçuşlara 14 təyyarə ilə başlasa da hazırda şirkətin 68 təyyarəsi var. Bunların ən köhnəsinin isə 5,5 yaşı var. Yaxın bir neçə ildə isə aviaşirkət təyyarələrin yaşını 5-dən daha aşağı endirəcək».
İ.Məmmədov qeyd edib ki, bir ölkədə fəaliyyətə başlayanda turizm şirkətlərin köməyi olmadan aviaşirkət yüksəl satış həyata keçirə bilməz. Buna görə də, “Pegasus” da yerli turizm şirkətləri ilə sıx əməkdaşlığa başlayıb. Sərnişinlər aviaşirkətin saytından əlavə turizm şirkətləri vasitəsilə də bilet ala bilərlər. Şirkətlərə təqdim olunan qiymətlər müəyyən qədər endirimli qiymətlər olacaq. Həmçinin turizm şirkətləri qrup şəklində gətirdikləri sərnişinlərə görə də endirimlər əldə edəcəklər.
Azərbaycan Hava Yollarının yaratdığı yeni lou kost aviaşirkət “AZALJET”in də bazara daxil olması aşağı büdcəli şirkətlər arasında rəqabəti də artıracaq deyən İ. Məmmədov davamlı siyasət yetirməyən, rəqabətə davamlı satışlar həyata keçirməyən şirkət bazardan çıxacağını söyləyib.