Həftəsonu hara gedək? - SƏYAHƏTLƏRİN SİYAHISI

Həftə ərzində gərgin rejimdə işləyənlər bu gün işdən çox həftə sonu necə istirahət edəcəyi barədə düşünür.
Xəbərlər 26 Fevral 2016 00:00 1113
Həftəsonu hara gedək? - SƏYAHƏTLƏRİN SİYAHISI

Bu həftə sonu aşağı büdcəli və maraqlı bir tura qoşulub gəzmək istəyirsinizsə, turizm şirkətlərinin təşkil etdikləri aşağı büdcə ilə region turlarına qatıla bilərsiniz.

Turizm şirkətləri hər həftə bölgələrə bir-iki günlük turlar təşkil edirlər. Qış mövsümü olduğu üçün həftə sonu turları daha çox Şahdağ və Tufandağa təşkil olunur.  Qiymətləri də 17 manatdan başlayır.

Seyyah.az Fins.az-a istinadən bu həftə sonu yararlana biləcəyiniz turları təqdim edir:

«R&R Travel Company» – Şahdağ turu 17 manat, Tufandağ 23 manat

Buhəftə sonuhəm Şahdağa, həmdə Tufandağabirgünlükturlartəşkiledirlər. Həm şənbə, həm də bazar günü təşkil olunan Şahdağ turunun qiyməti 17 manatdır, Tufandağ turunun qiyməti isə 23 manatdır. Qiymətə konfortlu avtobusda nəqliyyat xidməti, Turizm Komplekslərinə giriş, səhər yeməyi, fotoçəkiliş, tur rəhbəri və dönüşdə şirniyyatla çay süfrəsi.

«R&R Travel Company» –İki günlük Tufandağ turu 66 manat

Qəbələ istiqamətində iki günlük turun qiyməti isə 66 manatdır. Gecəni «Duyma» hoteldə qalmaqla tura nəqliyyat, ilk gün 3 dəfə yemək, ikinci günü isə bir dəfə yemək, tur rəhbər, kompleksə giriş və tur ərzində fotoçəkiliş daxildir. Tufandağ komleksindən əlavə Nöhurgölə də qısa tur təşkil olunacaq. Bu turun qiyməti isə 66 manatdır.

«Turizm.az» – Şahdağ turu17 manat, Tufandağ turu 21 manat

«Turizm.az» turizm şirkəti bu həftənin şənbə və bazar gününə Şahdağ və Tufandağ turu təklif edir. Fevralın 27 və 28-də təşkil olunan bir günlük Şahdağ turunun qiyməti 17 manatdır. Qiymətə konfortlu avtobusda nəqliyyat xidməti, Şahdağ Qış-Yay Turizm Kompleksinə giriş, səhər yeməyi, fotoçəkiliş, tur rəhbəri və dönüşdə şirniyyatla çay süfrəsi.

Fevralın 28-də Tufandağa təşkil olunan bir günlük turun qiyməti isə 21 manatdır. Tura nəqliyyat xidməti, səhər yeməyi, kompleksə giriş, fotoçəkiliş, tur rəhbəri və dönüşdə şirniyyatla çay süfrəsi.

«Turizm.az» –İki günlük Tufandağ turu 66 manat

Fevralın 27-28-də təşkil olunan iki günlük Tufandağ turunun qiyməti isə 66 manatdır. Qiymətə «Duyma» hotelində gecələmək tura nəqliyyat, ilk gün 3 dəfə yemək, ikinci günü isə bir dəfə yemək, tur rəhbər, kompleksə giriş və tur ərzində fotoçəkiliş daxildir. Tufandağ komleksindən əlavə Nohurgölə də qısa tur təşkil olunacaq.

«E&C Travel» – Şahdağ turu 21 manat, Tufandağ turu 23 manat

«E&C Travel» sevgililər gününə görə, fevralın 26 və 27-də Şahdağa və Tufandağa bir günlük tur təşkil edir, Şahdağ turunun qiyməti 21 manat, Tufandağ turunun qiyməti isə 23 manatdır. Qiymətə nəqliyyat xidməti, səhər yeməyi, tur rəhbər, çay süfrəsi, fotossesiya, kompleksə giriş, avtobuda hədiyyəli oyunlar, xizəklərin əvvəldən rezervasiya edilməsi. Qeyd edək ki, Şahdağda xizək və kanat birlikdə 35 manatdır, Tufandağda isə 20 manatdır.

«AFN Travel» – Şahdağ 17 manat, Tufandağ turu 22 manat

Fevralın 27-28-də Şahdağa təşkil olunan bir günlük turların qiyməti 17 manatdır. Qiymətə səhər yeməyi, tur bələdçi, fotoçəkiliş, çay süfrəsi. Bu turagentlik 10 nəfərlik qrupla gələnlərə bir nəfərlik pulsuz bilet hədiyyə edir. 5 yaşına qədər uşaqlar isə pulsuzdur.

Fevralın 27-də Tufandağa tur təşkil olunacaq. Qiyməti 22 manatdır, bura səhər yeməyi, tur bələdçi, fotoçəkiliş, çay süfrəsi daxildir. Bu turagentlik 10 nəfərlik qrupla gələnlərə bir nəfərlik pulsuz bilet hədiyyə edir.

«7 Days Travel» – Şahdağ turu 17 manat, Tufandağ turu 21 manat.

«7 Days Travel» turizm şirkətinin Şahdağa təşkil etdiyi tur fevralın 27 və 28-də baş tutacaq. Turun qiyməti 17 manatdır. Qiymətə nəqliyyat xidməti, səhər yeməyi, xizəklərin bron edilməsi, tur rəhbəri, foto çəkiliş, çay süfrəsi, yol müddətində oyunlar və qaliblərə hədiyyələr daxildir.

Fevralın 28-də bir günlük Tufandağ turu da təşkil olunur ki, onun da qiyməti 21 manatdır. Tura nəqliyyat xidməti, səhər yeməyi, tur rəhbəri, foto çəkiliş, çay süfrəsi, yol müddətində oyunlar və qaliblərə hədiyyələr daxildir.

«World Express Travel» -  Şahdağ turu 17 manat, Tufanğa 21 manat

Bu turizm şirkəti fevralın 27 və 28-də bir günlük Şahdağ və Tufandağ turları təşkil edir. Turun qiyməti 21 manatdır, nəqliyyat xidməti, səhər yeməyi, xizəklərin bron edilməsi, tur rəhbəri, foto çəkiliş, çay süfrəsi, yol müddətində oyunlar və qaliblərə hədiyyələr. Qeyd edək ki, tur 5 yaşa qədər uşaqlar üçün pulsuzdur, 5 yaşdan böyüklər üçün tam ödəniş edilməlidir. Həmçinin 10 nəfərlik qrupla gələnlərə bir nəfərlik tur bileti hədiyyə olunur. Qrup şəklində gələnlər turun vaxtını özləri müəyyənləşdirə bilərlər. Eyni şərtlərlə Şahdağ turunun qiyməti isə 17 manatdır.

«AtaTravel»  - «Nepaldan Papuaya» tədbiri, pulsuz

Həftəsonu rayonlara getməyə vaxtı və həvəsi olmayanlar üçün isə daha rahat variant var.  Fevralın 27-də Holiday Inn otelində turuzm sahəsinə aid  "Nepaldan Papuaya" mövzusunda tədbir keçiriləcək. «AtaTravel» sponsorluğu ilə  keçiriləcək tədbirdə tanınmış səyahətçilər Cənubi və Cənub-Şərqi Asiyada başlarına gəlmiş hadisələri bölüşəcəklər.  Tədbirin spikerləri arasında Everesti, Şimal Qütbünü fəth etmiş və "Seven Summits"i tamamlamış ilk azərbaycanlı İsrafil Aşurlu, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, «Boutique Travel Magazine» jurnalının baş redaktoru jurnalist Vyaçeslav Sapunov və digərləri daxildir.

OXŞAR XƏBƏRLƏR