Türkiyəyə gedən rus turistlərinin sayı 50%-dən çox azalıb

Türkiyəyə gələn tursitlərin sayı azalıb.
Xəbərlər 29 Fevral 2016 00:00 1049
Türkiyəyə gedən rus turistlərinin sayı 50%-dən çox azalıb

Seyyah.az-ın məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Belə ki, bu ilin ilk ayında ölkəyə gələn turislərin sayı 6,44 % azalaraq 1,17 milyon nəfər olub. Halbuki ötən ilin yanvar ayında bu rəqəm 1,25 milyon nəfər olmuşdu.

Türkiyədə Rusiya qırıcısını vurmasının turizmə təsiri hiss edilməyə başlayıb. Belə ki, təkcə bir ayda Türkiyəyə üz tutan rus turistlərin sayı 56,7 % azalıb. Belə ki, 2015-ci ilin yanvar ayında 51058 nəfər rus turist Türkiyəni ziyarət etmişdisə, münasibətlərin pisləşməsindən sonra bu rəqəm 22 106 nəfər olub.

OXŞAR XƏBƏRLƏR