Hotelin məxsus olduğu «ATAholdinq»dən Seyyah.az-a verilən məlumata görə, proqramda qonaqları canlı musiqi və moda nümayişi daxil olan şou-proqram gözləyir. Menyuya içkilər, milli və Avropa mətbəxinin orijinal və ləziz yeməkləri daxildir. Xüsusi proqramda iştirak etmək üçün bir nəfərin biletinin qiyməti 49 manat təşkil edir. «8 Mart gününü “Belveder” restoranında qeyd etməklə, sevimli yarınıza uzun müddət yadda qalacaq əsl bayram əhval-ruhiyyəsi bəxş edin»deyə məlumatda bildirilir. Bilet və yer sifariş etmək üçün (012) 496 80 00, (050) 2353508 nömrələri vasitəsilə “Excelsior Hotel & Spa Baku” otelinə zəng vurmaq lazımdır.
Xatırladaq ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.