Tbilisi aeroportu iş qrafikini dəyişir

Tbilisinin Şota Rustavelli adına beynəlxalq hava limanı bu gündən etibarən gündüz vaxtlarında təyyarələrin qəbul və yola salma qrafikinə dəyişikliklər edib.
Xəbərlər 1 Mart 2016 00:00 989
Tbilisi aeroportu iş qrafikini dəyişir

Dəyişikliyin səbəbi uçuş-eniş zolağının yenidən qurulmasıdır. Aeroport bu rejimdə tikniti işlərinin başa çatmasına qədər – 1 iyul tarixinə qədər işləyəcək.

Yeni qrafikə əsasən, 1-27 mart tarixləri arasında saat 09:30 – 15:00 arasında, 27 mart – 1 iyul tarixlərində isə saat 10:00 – 20:00-dək hava limanı təyyarələrin enməsi və qalxması üçün bağlı olacaq. Rekonstruksiya işlərini 2005-ci ildən Tbilisi hava limanının idarəçiliyini öz öhdəsinə götürən Türkiyənin “TAV Urban Georgia” şirkəti aparır. İdarəçi şirkət 2027-ci ilədək hava limanının inkişafına 30 milyon dollar investisiya yatırmağı planlaşdırır. Qeyd edək ki, Gürcüstana hazırda 30 aviaşirkət uçuş həyata keçirir.

OXŞAR XƏBƏRLƏR