Seyyah.az-ın məlumatına görə, Media Consulting & Services şirkəti ötən ay mətbuatda haqqında daha çox danışılan hotellərin adını açıqlayıb.
Hotellər üzrə mətbuatda ən çox adı hallanan hotel “Excelsior Hotel Baku”dur. Bu hotel haqqında mətbuatda 164 məlumat yazılıb. İkinci haqqında daha çox danışılan hotel isə 146 məlumatla “Hilton”dur. “Four Season” 128 məlumatla 3-cü, 72 dəfə adı hallanan “Fairmont Baku” 4-cü, 52 məlumatda adı hallanan “Hyatt Regency Baku” isə 5-ci yerdədir.