"İnqilabi turizm" - Moskvadan Kiyevə turlar açılıb

Moskvanın turist şirkətləri inqilab həyacanı yaşamış Kiyevə turist marşrutları təşkil etməyə başlayıblar
Xəbərlər 6 Mart 2014 00:00 1417
"İnqilabi turizm" - Moskvadan Kiyevə turlar açılıb

Moskvanın diribaş turizm menecerləri Ukraynadakı hadisələrdən maksimum yararlanmağa çalışırlar. Son vaxtlar Rusiya paytaxtının turist şirkətləri inqilab həyacanı yaşamış Kiyevə turist marşrutları təşkil etməyə başlayıblar. "Kiyev turu" proqramına Maydan və Qruşevskiy küçələrində gəzinti də daxil edilib. Yeni tura maraq göstərənlər gözləniləndən artıq olub.


Turistlərin sözlərinə görə, Kiyevə səyahət etməkdə əsas məqsədləri "inqilabi ruh hiss etmək"-dir.Rusiyanın tur firmalarının birinin nümayəndəsi bildirib ki, artıq 20 nəfər Moskva sakini tur çərçivəsində Kiyevəsəyahət edib: "Nəticədə biz də şirkət olaraq 4 nəfərlə Kiyevə yollandıq. Təəsüratlar xeyli çoxdur. Maydana getdik, insanlarla danışdıq, özümüzlə çoxlu fotolar gətirdik, suvenirlər aldıq. Hətta Kliçkonu belə canlı gördük"

OXŞAR XƏBƏRLƏR