Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin artıb

Cari ilin yanvar-fevral aylarında 113,8 min nəfər Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.
Xəbərlər 3 Mart 2016 00:00 704
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin artıb

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan vətəndaşları bu göstərici ilə Gürcüstanı ziyarət edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

İkinci yerdə Türkiyə vətəndaşları dayanırlar - iki ayda Gürcüstana 92 min nəfər Türkiyə vətəndaşı gəlib.

Ümumiyyətlə isə bu ilin yanvar-fevral aylarında Gürcüstana 683,5 min nəfər xarici ölkə vətəndaşı gəlib. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur. Ölkəyə gələnlərin 360,4 min nəfəri turistlər olub.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR