«Wizzair» rəhbəri «AZAL»a «ilişdi»: «HƏYATINIZIN ƏN BAHALI ÇAYI»

««Azərbaycan Hava Yolları»nın (AZAL) yaratdığı aşağı büdcəli aviaşirkət  - «AZALJET» «Wizzair»in təqdim etdiyi qiymətlərdən yaxşısını təqdim edə bilməyəcək».
Xəbərlər 7 Mart 2016 00:00 815
«Wizzair» rəhbəri «AZAL»a «ilişdi»: «HƏYATINIZIN ƏN BAHALI ÇAYI»

Seyyah.az-ın məlumatına görə, bunu Macarıstanın «Wizzair» şirkətinin baş direktoru Yojef Varadi jurnalistlərə bildirib. Onun sözlərinə görə, «AZALJET» qiymətləri «Wizzair» kimi il ərzində aşağa saxlaya bilməyəcək: «Ola bilər ki, onlar da mövsümi kampaniyalar keçirsin. Amma bunu «Wizzair» kimi həmişə edə bilməyəcəklər».

Belə ucuz uçmağa necə nail oluruq?

Şirkət rəhbəri «Wizzair»in qiymətlərinin belə aşağı olmasının səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, əsas məsələ təyyarədəki bir yerə düşən xərclərdir: «bizim qiymətlərə baxsanız, 1 sərinişinin uçması daha az pula başa gəlir, məsələn AZAL-la uçan sərnişinin maya dəyəri bizimkilərdən 4 dəfə çoxdur».

«Həyatınızın ən bahalı çayı»

Ümumiyyətlə, «Wizzair» rəhbəri jurnalistlərə açıqlamalarında şirkətin fəaliyyətini «AZAL»la həvəslə müqayisə edib. Onun sözlərinə görə, ənənəvi aviaşirətlərlə, məsələn «AZAL»-la loukosterərin əsas fərqi buradakı qiymətlərdir. «Məsələn, çayın qiymətini götürək, bizim reysdə siz bir fincan çayı 2 avroya içə bilərsiniz, digər şirkətlərdə, məsələn AZAL-da isə bir fincan çayın qiyməti 200 avroya başa gəlir və bu sizin həyatınızda içdiyiniz ən bahalı çay olur».

«Pegasus»la rəqabətdən çəkinmirik

Şirkət rəhbəri bildirib ki, son vaxtlar Azərbaycan bazarında yeni loukoster aviaşirkətlərin uçmağa başlaması «Wizzair»i qorxutmur. «Biz rəqabətdən çəkinmirik, rəqabət yaxşıdır, onun sayəsində inkişaf edəcəyik və qiymətlər də aşağı olacaq». 

Varadi, mart ayında Azərbaycana uçuşlara başlayacaq «Pegasus» şirkəti ilə «Wizzair»in imkanlarını da müqayisə edib. O, bildirib ki, «Pegasus»un böyük şəbəkəsi var və bu şirkət Şərqi Avropya geniş istəmətləri əhatə edir. Amma əvəzində «Wizzair»in də Qərbi Avropa ilə əlaqələri daha yaxşıdır. Ona görə də sərnişinlərin hara uçmasından asılı olaraq onlara ən yaxşı variant təklif edəcəyik».  

OXŞAR XƏBƏRLƏR