«WizzAir» Azərbaycandan ildə 30 min sərnişin daşıyacaq

Macarıstanın «WizzAir» avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirilən uçuşlardan ildə 2,5-3 mln. avro gəlir əldə etməyi planlaşdırır.
Xəbərlər 7 Mart 2016 00:00 634
«WizzAir» Azərbaycandan ildə 30 min sərnişin daşıyacaq

Seyyah.az-ın məlumatına görə, bu barədə jurnalistlərə «Wizzair» şirkətinin baş direktoru Yojef Varadi bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda ildə 30 min sərnişin daşımağı nəzərdə tutub: «Biletlərin qiyməti və xidmətlərimizi nəzərə alsaq, il ərzində 2,5-3 mln. avro gəlir əldə etməyi proqnozlaşdırırıq. Bu hələ həftədə 2 dəfə uçuş yerinə yetirəcəyimiz hal üçün hesablamadır. Əgər reyslərin sayını artırsaq sərnişinlərimizin sayı daha da çox ola bilər».

OXŞAR XƏBƏRLƏR