Seyyah.az xəbər verir ki, bu barədə şirkətin direktoru Yojef Varadi məlumat verib. Onun sözlərinə görə, bu 2014-cü illə müqayisədə 1,2 dəfə çoxdur. Aviaşirkət uçuşlarını 22 məntəqəyə, 12 Mərkəzi və Şərqi Avropa ölkələrinə həyata keçirir. Bu il bu siyahıya Azərbaycan, Gürcüstan və Rumıniya da qatılacaq.
Y.Varadi bildirib ki, uçuşlar “Airbus A320” və “A321” təyyarələri ilə həyata keçirilir. Ümumilikdə 66 təyyarəyə malik olan şirkətdə 2600 nəfər çalışır. Yarandığı gündən bu günə qədər isə şirkət 100 milyondan çox sərnişin daşıyıb.
Mənbə: “AzərTAc”