Qubada 2 günlük istirahət - CƏMİ 19 MANAT

“Terrace Quba Hotel” yeni kampaniyaya başlayıb.
Xəbərlər 9 Mart 2016 00:00 3406
Qubada 2 günlük istirahət - CƏMİ 19 MANAT

Hotelin rəhbəri Nicat Əlizadə fins.az-a bildirib ki, mart ayı boyunca  2 gün 1 gecə və səhər yeməyi daxil olmaqla hoteldə qalmaq 19 manat olacaq. Adi qaydada kotec tipli nömrələrin bir gecəlik qiyməti isə 50-60 manat təşkil edir.

Onun sözlərinə görə, şənbə, bazar və bayram günlərindən aslı olmayaraq qiymət dəyişmir. 6 yaşa kimi uşaqlara görə əlavə pul alınmır. Otaqlara gəldikdə isə hər bir nömrənin isitmə-soyutma sistemi, hamamı,pulsuz internet, kabel televiziyası, divan və kreslosu var. Uşaqlar üçün ekstra çarpayı verilir. N.Əlizadə bildirib ki, bu qiymətə 27 çeşiddə səhər yeməyi də daxildir. Səhər yeməyi saatdan 09:00-dan 11:00-a kimi verilir. Otel ərazisindən gün sonuna qədər istifadə etmək mümkündür.

Səhər yeməyinin siyahısı:
1. Bal 
2. Nehrə yağı
3. Kənd Pendiri
4. Holland pendiri
5. Kənd Qaymaqı
6. Kənd Şoru
7. Soyutma yumurta
8. Pamidor yumurta
9. Sosiskalı yumurta (Rusiya)
10. Sosiska suda bişmiş ( Rusiya)
11. Kolbasa (Rusiya)
12. Yumurta Çörək
13. Pomidor
14. Xiyar
15. Cemlər
16. Meyvə Assorti
17. Meyvə Suyu
18. Çay 
19. Kofe 
20. Süd
21. İsti Şokolad
22. Kapuçino
23. Ev Şirniyyatları
24. Quba çörəyi
25. Lavaş çörəyi
26. Pəhriz çörəyi
27. Zeytun Qara və Yaşıl

Səhər yeməyi 09:00-11:00-a qədərdir. Nömrədən Çıxış 12:00

OXŞAR XƏBƏRLƏR