Azərbaycanlı turistlər üçün ilk "halal" otel

Tailandda ölkənin, əsasən müsəlman turistlər üçün nəzərdə tutulmuş ilk "halal" oteli istifadəyə verilib.
Xəbərlər 11 Mart 2016 00:00 638
Azərbaycanlı turistlər üçün ilk "halal" otel

Seyyah.az-ın "Report"a istinadən xəbər verir ki, "Al-Meroz" mehmanxanası Banqkokun müsəlmanların çoxluq təşkil etdiyi Ramxamxaenqe rayonu ərazisində yerləşir.

Yeni oteldə 242 nömrə var və hələ ki, otelin müsəlman müştəriləri ümumi ziyarətçilərin təqribən 50%-ni təşkil edir.

Otel menecmenti tez bir zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə səfər təqdimatları keçirməyi planlaşdırır.

Mehmanxanaya "halal" sertifikatı BƏƏ-nin "Gulf Halal Center" təşkilatı tərəfindən verilib.

OXŞAR XƏBƏRLƏR