Bərdədə 3 ulduz otel tikənə güzəştli kredit

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Xəbərlər 11 Mart 2016 00:00 1169
Bərdədə 3 ulduz otel tikənə güzəştli kredit

İqtisadiyyat Nazirliyindən Seyyah.az-a daxil olmuş məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il martın 3-də Bərdə rayonunun Türkmən kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- müasir istixana kompleksinin yaradılması;

- intensiv bağçılıq təsərrüfatının yaradılması;

- meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

- 3 ulduz otel, cins heyvandarlıq müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

OXŞAR XƏBƏRLƏR