"R&R Travel Company" şirkətindən verilən məlumata görə, endirim çərçivəsində uçuş qiymətləri təqribən 25-40%-a qədər endirim edilib. Belə ki, endirim çərçivəsində «Lufthansa» ilə Bakı-London-Bakı uçuşu 428 avroya başa gəlir. Halbuki indiyədək bu reysə bilet 600 avroya çatırdı. Bakı-Roma-Bakı reysinə qiymət isə 405 avro təşkil edir. Halbuki, endirim olmayanda bu reysə bilet 550 avro ətrafında dəyişirdi. Endirim kampaniyasının şərtlərinə görə, biletlərin satış tarixi 21.03.2016 qədər, uçuş tarixləri isə 30.06.2016 qədərdir. Qiymətə 23 kq baqajın daşınması da daxildir. Amma bu kampaniya çərçivəsində satılan aviabiletlərin qaytarılmasına və dəişdirilməsinə icazə verilmir.
Endirimli reyslər aşağıdakılardır. Qeyd edək ki, uçuşlar aşağıdakı istiqamətlər üzrə Frankfurt üzərindən gediş-dönüşlə təqdim edilir:
BAK I – LONDON - BAKI - 428 EUR
BAKI – PRAQA - BAKI - 357 EUR
BAK I – PARIS - BAKI - 413 EUR
BAKI – MILAN - BAKI - 364 EUR
BAKI – FRANKFURT - BAKI - 431 EUR
BAKI – VYANA - BAKI - 462 EUR
BAKI – AMSTERDAM – BAKI - 378 EUR
BAKI – ROMA - BAKI - 405 EUR
BAKI – BARCELONA - BAKI - 330 EUR
BAKI – CENEVRƏ - BAKI - 377 EUR
BAKI – BERLIN -BAKI - 489 EUR
BAKI – MÜNHEN - BAKI - 395 EUR
BAKI – BRUSSEL - BAKI - 378 EUR
BAKI – ABERDİN - BAKI - 559 EUR
BAKI – VARŞAVA – BAKI - 399 EUR
Mənbə: Fins.az