«Royal Travels and Services» şirkətindən fins.az-a verilən məlumata görə, endirimlər Kiyev və Ukraynanın digər şəhərlərini, eləcə də Avropanın əsas istiqamətlərini əhatə edir. Bütün uçuşlar Kiyevdən keçməklə həyata keçirilir. Qeyd edək ki, endirim çərçivəsində qiymətlər təqribən 10-20% azalıb. Belə ki, Bakı-Kiyev-Bakı reysinin qiyməti əvvəlki 380 manatdan 329 manata, Bakı-Roma-Bakı reysində qiymətlər 800 manatdan 725 manata, Bakı-Paris-Bakı reysində isə 650 manatdan 532 manata endirilib.
Endirim martın 21-dək tarixinə qədər alınan vfə iyunun 30-dək həyata keçirilən uçuşlar üçün nəzərdə tutulub. Endirimli qiymətlər aşağıdakılardır:
Bakı- Kiyev - Bakı- 329 - 380 AZN
Bakı- Odessa - Bakı- 339 AZN
Bakı- Lvov - Bakı- 302 AZN
Bakı- Xarkov - Bakı- 339 AZN
Bakı- Dnepropetrovsk - Bakı- 341 AZN
Bakı- Praqa - Bakı- 539 AZN
Bakı- Milan - Bakı- 556 AZN
Bakı- Barcelona - Bakı- 559 AZN
Bakı- Roma - Bakı- 725 – 800 AZN
Bakı- Amsterdam - Bakı- 644 AZN
Bakı- Venetsiya - Bakı- 650 AZN
Bakı- Vyana - Bakı- 567 AZN
Bakı- Paris - Bakı- 532 – 650 AZN
* Qiymətə 23 kq baqaj daxildir.