Diqqəti necə cəlb etmək olar? - FOTOSESSİYA

Xidmət sektorunda rəqabət artdıqca müəssisələr müştərilərini cəlb etmək üçün müxtəlif yollara əl atır. Kimisi daha yaxşı xidmət göstərməyi hədəf seçsə də, kimisi maraqlı konsepsiyaları ilə diqqət cəlb etməyə çalışır.
Xəbərlər 15 Mart 2016 00:00 2454
Diqqəti necə cəlb etmək olar? - FOTOSESSİYA

Qaranlıqda yemək təklif edənlər kim, çılpaq ofisiant işlədənlər kim, məkan olaraq göyün yeddinci qatını seçənlər kim.. Bir sözlə, restoran sahibləri böhran şəraitində uduzmamaq üçün hər yola əl atır.

Seyyah.az “Qafqazinfo”ya istinadən dünyanın ən maraqlı, qeyri-adi restoran və kafelərini sizə təqdim edir:

Meksikada yerdən 300 metr yüksəklikdəki sıldırım qayaların üzərində yeni bir restoranın inşasına başlanılıb. Panaraması şəlalə və sıldırım qayalıqlar olan restoranın döşəməsi də şüşədən hazırlanacaq. İnşası may ayında tamamlanması nəzərdə tutulan məkan indidən diqqət mərkəzindədir. Hətta ilk gün üçün rezerv edənlər də var.

Cənubi Karolinada “Bir yaxşılıq et” adlı kafedə hər kəs başqasının hesabını ödəyir. Açıldığı gündən 12 mindən çox müştərisi olan kafedə oturmaq üçün bəzən izdihamlar yaşanır. Sonradan dünyanın bir çox ölkəsində buna bənzər kafelər açılmağa başlayıb. Burada əsas məqsəd ehtiyacı olan insanların qarnını doydurmaqdır.

Belçikada “göy üzü” adlandırılan restoran yerdən 55 metr yüksəklikdədir. Restoranda cəmi 1 stol var və hər dəfə 22 nəfər yemək yeyə bilir. Stolun ortasında olan aşpaz, ofisiant və aparıcı müştərilərin istəklərini yerinə yetirir.

Dünyanın ən qəribə kafesi isə, sözsüz ki, “Zəlzələ kafe”dir. İspaniyadakı bu kafedə hər an 7,8 bal gücündə zəlzələ baş verə bilər. Burada əsas məqsəd zəlzələ olan zaman yemək yeyə bilməkdir. Maraqlısı odur ki, kafenin girişində bununla bağlı hər hansı xəbərdarlıq yoxdur və kafeyə ilk dəfə gedənlər həqiqətən də zəlzələ olduğunu düşünüb qaçmağa çalışır.

Almaniyada fəaliyyət göstərən "-s Baggers" restoranında ofisiant yoxdur. Burada hər şey avtomatikdir və sifarişlər elektronik cihazlar vasitəsilə alınır. Hazırlanmış sifarişlər ikinci mərtəbədən sürüşkənlər vasitəsilə müştərilərə göndərilir.

2001-ci ildə Tokioda açılmış kafelərin birində ofisiantlar xidmətçi paltarında gəzir. Onlar bahalı kofe sifariş verən müştərilərin qarşısında diz çökür, bəzən yeməyini qaşıqla yedirirlər. Kafe tez bir zamanda məşhurlaşıb və hazırda Çin, Avstraliya, Macarıstan, Çexiya, Fransa və bir çox ölkələrdə fəaliyyət göstərir.

Maldivdə dənizin altında inşa edilmiş restoranda insanlar müxtəlif canlılarla birlikdə yemək yeyə bilir. İnsanların başının üstünü bir anda müxtəlif balıqlar, dəniz canlıları örtür.

Nyu-Yorkda açılmış “Azad geyimdə axşam yeməyi” adlı kafenin adından göründü kimi insanlar istədiyi geyimdə, hətta çılpaq belə buraya gələ bilər. Kafenin məqsədi müştərilərinə bərabərlik verməkdir. Restoran insanların geyiminə baxmamağa, hər kəsə eyni davranmağa səsləyir.

Nyu-Yorkda başqa bir restoranın maraqlı tərəfi isə oranı seçən müştərilərin qaranlıqda yemək yeməyə çalışmasıdır. Nə yediyini bilmək istəyənlər üçün isə eynək verilir.

Dubayın qızmar günəşindən bezən, sərinlik istəyənlər üçün “Buzlu axşam yeməyi” adlı restoran fəaliyyət göstərir. Restoranda insanlar -21 dərəcədə axşam yeməyi yeyir və yaxud nəsə içirlər.

İspaniyada bir restoran müştərilərin sifarişini vulkanın üzərində bişirir. Vulkanik odda qızardılmış yeməklər böyük marağa səbəb olur.

Nə qədər qəribə gəlsə də, Hindistandakı restoranların birində insanlar ölülərlə birlikdə yemək yeyir. Müştərilər yemək yeyən zaman tabutlardakı ölülər də onların yanında durur.

Livanın paytaxtı Beyrutda “Silah və çörək” adlı kafe fəaliyyət göstərir. Yeməklərin adları hərb terminləri ilə əvəz olunan bu kafedə siz əl bombası istəyirəm deyərək maraqlı yeməklə qarşılaşa bilərsiniz. Kafe müştərilərinə terrorist menyusu da təqdim edir.

ABŞ-da restoranların biri daha çox müştəri cəlb etmək üçün çılpaq ofisiantlar işlədir. Ancaq kafedə şərtlər çox sərtdir və ciddi nəzarət olunur. Qaydalara görə, 18 yaşı tamam olmayanlar buraxılmır. Ofisiantların şəklini çəkmək və yaxud onlara toxunmaq qəti qadağandır.

Günel Hacı

OXŞAR XƏBƏRLƏR