Türkiyəyə gedənlər 30-40 % azalıb – PARTLAYIŞ QORXUSU

Son iki ayda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı kəskin azalıb.
Xəbərlər 15 Mart 2016 00:00 776
Türkiyəyə gedənlər 30-40 % azalıb – PARTLAYIŞ QORXUSU

Yerli turizm şirkətlərindən verilən məlumata görə, buna Ankara və İstanbulda son zamanlar baş verən partlayışlar səbəb olub. «Dərviş Travel» şirkətinin rəhbəri Nadir Nadirov fins.az-a bildirib ki, hələlik Antalyaya, Quş adası, Marmaris, Bodrum və digər turizm bölglərinə gedənlərin sayı azalmasa da, İstanbul və Ankaraya uçuşlarda 30-40 % azalma müşahidə olunur.

Avropaya uçmaq 2 dəfə baha olsa da, təhlükəsizdir. Əvəzində azərbaycanlılar iş və səyahət üçün Avropa və Dubaya üz tutublar. Belə ki, təhlükəsizlik məsələsinə görə Türkiyədən imtina edən turistlər Aralıq dənizi hövzəsi ölkələrini seçirlər: «Məsələn, İtaliya, İspaniya, Çexiya, Çernaqoriya və Yunanıstan kimi ölkərə səhayət edirlər. İş adamları isə Dubayı seçir». Onun sözlərinə görə, amma bu seçim turistlərə 2 dəfədən çox baha başa gəlir. Məsələn, Antalyaya iki tərəfli biletin qiyməti bir nəfər üçün 240 manatdırsa, Romaya, Milana birbaşa uçuşlar 600 manatdan başlayır.

«Antalyada partlayış olarsa, Türkiyəyə heç kim getməyəcək» Şirkət rəhbərinin sözlərinə görə, Türkiyənin turizm bölgələrində təhlükəsizliklə bağlı hələlik hər hansı bir problem olmadığı üçün bu regionlara səyahət edənlərin sayında hələlik azalma yoxdur. Amma may ayının əvvəlindən etibarən yeni mövsümün başlanması ilə Antalyaya gedənlərin 10-15 % azalacağı gözlənilir. N.Nadirovun sözlərinə görə, Antalyada və ya İzmirdə terror aktı olarsa, Türkiyəyə gedən ümumiyyətlə olmayacaq.

Mənbə: Fins.az

OXŞAR XƏBƏRLƏR