Antaliyaya uçuşlar azalmağa başladı

Antaliyaya uçuşlar azalmağa başlayıb.
Xəbərlər 16 Mart 2016 00:00 702
Antaliyaya uçuşlar azalmağa başladı

Seyyah.az-ın məlumatına görə, bu barədə alman hava limanı operatoru Fraport açıqlama verib. Antaliya hava limanının bir hissəsinin sahibi olan şirkətdən bildirilib ki, hazırda Türkiyəyə rezervasiyalar 20-30% azalıb. Ümumilikdə bu il ərzində uçuşlarda kəskin azalma gözlənilir.

Türkiyədə rus qırıcısının vurulması, daha sonra ardıcıl olaraq törədilən terror hadisələri və artan geosiyasi risklər Türkiyəyə gələn turistlərin sayında kəskin azalmaya səbəb olacaq. Belə ki, son bir ayda Antaliya hava yolu vasitəsilə gələn turistlərin sayı 29 % azalaraq 108 164 nəfər olub.

Şirkəti narahat edən məsələlərdən biri də budur ki, Antaliyaya gələn turistlərin azalması ona aid səhmləri də ucuzlaşdıracaq.

OXŞAR XƏBƏRLƏR