Bakıda və bölgələrdə yeni otellər işə düşüb - SİYAHI

Turizm obyektlərinin 7-si otel, 3-ü istirahət mərkəzi, 3-ü isə moteldir.
Xəbərlər 7 Mart 2014 00:00 5349
Bakıda və bölgələrdə yeni otellər işə düşüb - SİYAHI

Yanvar-fevral aylarında Azərbaycanda 13 yeni otel, motel və istirahət mərkəzləri işə düşüb. Mədəniyyət və Turizm Nazirliyi Bakıda və bölgələrdə bəzi turizm obyektlərinə lisenziya verib. Obyektlərin 7-si otel, 3-ü istirahət mərkəzi, 3-ü isə moteldir.

Lisenziyaların 5-i Bakıdakı, 3-ü Xaçmazdakı, digər  5-i isə başqa şəhər və rayonlardakı obyektlərə aiddir. Belə ki, Bakıda Ağa Neymətulla küçəsi, ev 26A, "Mont İnn" mehmanxanası,  Süleyman Rəhimov küçəsi, ev 175-də yerləşən "Karat İnn" mehmanxanası, Y.V.Çəmənzəminli küçəsi, 108-də yerləşən "Anatolia" mehmanxanası,  Mirəli Qaşqay küçəsi, 100 ünvanda yerləşən "Modern Hotel" mehmanxanası, Qaradağ rayonu, Bakı-Salyan şossesi, 16-cı km-də "SP" moteli işə düşüb.

Yeri gəlmişkən, "SP" moteli Dövlət Neft Şirkətinin müəssisəsi olan "Socar Petroleum" QSC-yə  məxsusdur.Xaçmazın mərkəzində  - Bakı prospektində "Elit-N" mehmanxanası,  Qusarçay kəndində "Çoban Bulaq" istirahət mərkəzi, Nabran qəsəbəsində "Kardinal" istirahət mərkəzi fəaliyyətə başlayıb.Bundan başqa, Quba rayonunun Qəçrəş yolu yaşayış massivində "Terrace-Quba" mehmanxanası, Şamaxı rayonu, Şamaxı-Ağsu yolunda "Şamaxı" moteli, Oğuz şəhəri, H. Əliyev küçəsi, 13-də yerləşən "Səma" mehmanxanası,  Yevlax şəhəri, Nizami küçəsi, ev 2, dalan 4-də yerləşən "Kainat" moteli və Masallı rayonu, Şərəfə kəndində "Dəniz" istirahət mərkəzi işə düşüb. 

OXŞAR XƏBƏRLƏR