«Pegasus»un Qəbələ avtobuslarına biletləri buradan almaq olar

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti Bakıda avtobus xidmətinə başlayıb.
Xəbərlər 17 Mart 2016 00:00 1755
«Pegasus»un Qəbələ avtobuslarına biletləri buradan almaq olar

Şirkətdən verilən məlumata görə, artıq martın 16-dan etibarən yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etmək mümkündür.

Avtobus biletlərini yalnız “"Pegasus"un Bakıda Üzeyir Hacıbəyov küçəsi 69 ünvanında yerləşən(Hökümət Evinin arxasında) ofisindən əldə etmək olar. Avtobus marşrutlarının bir tərəfli qiyməti 13 manat, iki tərəfli qiyməti isə 19 manat təşkil edir.

Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq "28 May" və "20 Yanvar" metro stansiyaları müəyyən edilib.Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib.

"28 May" metro stansiyasından çıxış 21:30, "20 Yanvar" metro stansiyasından çıxış 22:00, habelə "Qəbələ" hava limanından Bakıya çıxış 04:30-da və "Qəbələ" hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək.

OXŞAR XƏBƏRLƏR