AZAL-ın bəzi reysləri bağlandı

Xəbərlər 17 Mart 2016 00:00 862
AZAL-ın bəzi reysləri bağlandı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Çexiyanın paytaxtı Praqaya və İtaliyanın Milan şəhərinə həyata keçirdiyi reyslər sərnişin azlığı səbəbindən müvəqqəti dayandırılıb. Seyyah.az xəbər verir ki, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Mətbuat katibi bildirib ki, sözügedən istiqamətdə reyslər ləğv edilməyib: “Bu reyslərə yaya qədər fasilə verilib. Göstərilən marşrutlar üzrə uçuşlar iyun ayından etibarən bərpa ediləcək. Hazırda bu istiqamətlərə qeyd edilən vaxta bilet almaq mümkün olasa da, uçuşlar yalnız iyundan başlayacaq”.

P.Kəsəmənski qeyd edib ki, həyata keçirilən Milan (A320-200 təyyarəsi) aviareysi üzrə Bakıdan sonuncu uçuş aprelin 1-də, Praqa (A 320 təyyarəsi) marşrutu üzrə isə martın 30-da həyata keçiriləcək. Şirkət sözügedən marşrutlar üzrə uçuşları Milana iyunun 10-dan, Praqaya isə iyunun 1-dən bərpa edəcək.

Mənbə: "Report"

OXŞAR XƏBƏRLƏR