Azərbaycanda ilk biznes otel işə başlayıb - FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq biznes sektor təmsilçiləri üçün hotel işə düşüb.
Xəbərlər 18 Mart 2016 00:00 2135
Azərbaycanda ilk biznes otel işə başlayıb - FOTOLAR

Seyyah.az-ın məlumatına görə, «Homebridge» oteli Xəzərin sahilində - Bakının Şıxov ərazisində yerləşib. Hotelin sakinləri Xəzər dənizinin gözəl mənzərəsini, eləcə də «Neft Bakısı»nın simvolu olan tarixi neft platformasını seyr etmək imkanına sahibdirlər. 

Mehmanxana kompleksinə müasir arxitektura stilində, Britaniya memarlarının layihəsi əsasında inşa olunmuş 5 mərtəbəli otel binası daxildir. Burada yüksək səviyyəli şərait yaradılmış 65 apartament var. İndividual dizaya malik apartamentlərin hamısı dəniz mənzərəlidir. 

Rahat apartamentlər 

Sahəsi 50 m2 olan apartamentlər böyük zövqlə tərtib edilib. Xəzər dənizinin gözəl mənzərəsini bütün otaqlardan seyr etmək mümkündür. Otaqlarda qonaqlar üçün komfortlu şərait yaradılıb. Bütün otaqlar mətbəx və müvafiq avadanlıqlarla təmin edilib. Otel-apartament kompleksində sakinlərə aşağıdakı xidmətlər göstərilir:

•             Tam təchiz olunmuş mətbəx
•             İş sahəsi
•             Peyk kanalları göstərən TV
•             Otaqların təmizlənməsi
•             Səhər yeməyi
•             Wi-Fi, telefon
•             Camaşırxana xidməti
•             Video kamera ilə təchiz olunmuş 24 saat təhlükəsizlik xidməti
•             24 saat qeydiyyat xidməti (konsierj)
•             Təkmilləşdirilmiş yanğından mühafizə sistemi 

Sakinlər üçün xidmətlər 

«Homebridge»dəki apartamentlər yüksək səviyyəli xidmtlə yanaşı ev rahatlığını hiss etməyə şərait yaradır. Hotelin sakinləri və qonaqları burada yaradılmış yüksək şəraitdən və çoxsaylı xidmətlərdən faydalana bilərlər. Oteldə aşağıdakı xidmətlər var: 

•             Restoran, Kafe

•             Gaming room və TV lounge

•             Açıq hovuz

•             Yay bağçası və istirahət zonası 

•             Baqajın (əl yükü) saxlanc kamerası

•             SPA xidmətləri

•             Fitnes və idmanla məşğul olmaq üçün üçün hər cür avadanlıqla təmin olunmuş məşq zalı 

Qeyd edilən bütün xidmətlər ən müasir avadanlıqlarla göstərilir. Xəzər dənizinə gözəl mənzərə ilə yanaşı, otel sakinləri əla havadan zövq ala bilərlər. Belə ki, otel kompleksinin sahəsində, çoxillik şam ağacları əhatəsində, açıq səma altında istirahət zonası mövcuddur. Hovuzları isə böyük və uşaq zonasına malikdir. 

Biznes üçün xidmətlər 

Xüsusilə biznes nümayəndələrinə, o cümlədən Bakıda çalışan xarici şirkətlərin əməkdaşları və qoanlarına xidmət üçün nəzərdə tutulan «Homebridge»də biznes görüşlər və toplantılar keçirilməsi üçün ideal şərait yaradılıb. Tam təchiz olunmuş iclas və görüş otaqlarımız sizə müasir və zövqlü iş mühiti yaradaraq, bütün biznes tələblərinə uyğundur.

İclas və görüşlər üçün Homebridge otel apartamentlərində bir böyük konfans zalı və bir kiçik görüş otağı var. 40-80 nəfərlik böyük konfrans zalı uyğunlaşdırıla bilən mebel quruluşu sayəsində həm iclasların həm də korporativ təlimlərin keçirilməsi üçün ideal bir məkandır. Görüş otağı isə kiçik görüşlər üçün ideal çalışma mühiti yaradır. 

Azərbaycanın ilk biznes hoteli 

Azərbaycanda ilk dəfə fəaliyyətə başlayan biznes hotel - «Homebridge» burada yaradılan şəraitə və stilinə görə, təyinatını tamamilə təsdiqləyir. Hotelin təqdim etdiyi bütün xidmətlər ən müasir avadanlıqlardan istifadə edilməklə peşəkar və xüsusi treninqlər keçmiş əməkdaşlar tərəfindən təqdim edilir. Hotelin hətta dizaynı onun qonaqlarının ciddiliyini nəzərə çarpdırır. Burada ənənəvi hotellərə xas pafos və dəbdəbə yoxdur. Sakit və təmkinli stil kompleksdə əsl iş və keyfiyyətli istirahət atmosferi yaradır. Otaqlarda yaradılan şərait isə burada uzun müddət individual şəkildə yaşamağa imkan verir.

100% Azərbaycan kapitalı

Diqqəti çəkən məqamdır ki, ölkənin ilk biznes hoteli Azərbaycan iş adamları tərəfindən 100% Azərbaycan kapitalı ilə yaradılıb. Burada 30 nəfər ölkə vətəndaşı işlə təmin edilib. Gələcəkdə onların sayının artacağı gözlənilir. İqtisadi fəallığın zəiflədiyi bir məqamda belə layihənin reallaşması və yeni iş yerlərinin açılması ölkə biznesi və iş adamları üçün yaradılan imkanla yanaşı, həm də əsl nümunədir.

«Homebridge» oteli Bakı şəhəri, Salyan şossesi 14 ünvanında yerləşir. Hotellə «+994 12» 404-51-13 telefonu və info@homebridge.az elektron ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

OXŞAR XƏBƏRLƏR