Seyyah.az xəbər verir ki, artıq iki ildir ki, hökumətlə əmək haqlarının artıtırlması barədə uğursuz danışıqlar aparan həmin xidmətlərin əməkdaşlarının tətili başlayıb.
Martın 30-dan 7-dək Sidney, Melburn, Adelaida, Brisben, Pert, Kerns, Darvin və Taunsvillin beynəlxlaq aeroportlarının tətil edən əməkdaşları hər gün bir neçə saat işi dayandıracaqlar.
Xəbər verdiyimiz kimi, bu tətil martın 24-də başlanmalı idi. Lakin Brüsseldə baş vermiş terror aktları ilə bağlı işi dayandırmamaq barədə Baş nazir Malkolm Ternbullun xahişini nəzərə alan tətilçilər həmin vaxt təili təxirə salmışdılar.
Dövlət Qulluqçuları Həmkarlar İttifaqlarının katibi xanım Nadin Flad tətillə bağlı deyib: “Ötən ilin oktyabrından başlayaraq hökumət bizimlə danışıqlardan imtina edir. Biz tətili bir həftə təxirə saldıq, amma indi güman edirik ki, hökumət danışıqlar masası arxasına qayıdacaq”.
Mənbə: "AzərTAc"