Terror və devalvasiya Türkiyəyə marağı azaltmayıb

Xəbərlər 30 Mart 2016 00:00 870
Terror və devalvasiya Türkiyəyə marağı azaltmayıb

Türkiyədə və Belçikada baş verən terror aktları azərbaycanlı turistlərin xaricə marağını azaltmayıb. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. Onun sözlərinə görə, insanlar terror ehtimalına görə ehtiyatlanlar, amma heç kimi zəmanət verə bilməz ki, digər ölkələrdə, məsələn, Almaniya və İtaliyada partlayış törədilməyəcək. Odur ki, Azərbaycan vətəndaşlarının xaricə səfərləri əvvəlki qaydada davam edir.

Son 1 ildə Azərbaycandan Türkiyəyə turist axını 50% artıb. Bu barədə isə AzTA-nın Xarici turizm komitənin rəhbəri, “Summer Tour” – turoperatorunun direktoru Ayxan Allazlı məlumat verib. Onun sözlərinə görə, təkcə bu ilin yanvar-mart aylarında turoperatorların xətti ilə 2940 vətəndaş Türkiyəyə səfər edib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 1950 olub. Ləğv olunmuş səfərlərin sayı isə son 1 ildə 660-dan 440-a düşüb, yəni 50% azalıb.

“Bu, onu göstərir ki, Türkiyədəki vəziyyətə baxmayaraq bu ölkəyə maraq yüksəkdir” – deyə Allazlı bildirib.

Bununla belə, Azərbaycanda manatın bahalaşması xaricdə istirahət edən ölkə vətəndaşlarının sayını 30% azaldıb. Bunu da Nahid Bağırov deyib.

Ayxan Allazlının sözlərinə görə isə, dollar bahalaşmaqda davam etsə, insanlar xaricə göndəriş almaqdan imtina edəcəklər: “Çünki turpaketlərin qiyməti xarici valyuta ilə təklif olunur. Əgər məzənnədə davamlı fərq olsa insanların onları almağa marağı azalacaq. Əgər dolların kursu müəyyən səviyyədə saxlanılsa, müştərilərə dərhal göndərişləri əldə etməyə başlayacaqlar”.

Turoperator rəhbəri eyni zamanda da bildirib ki, ötən ilin dekabrında baş vermiş devalvasiyanın turizm sektoruna mənfi təsiri azalmaqdadır: “Əgər biz bazardakı real vəziyyəti əks etdirən erkən rezervasiyaların sayına baxsaq görərik ki, bu il onların sayı ötən illə müqayisədə çoxdur. Buna görə də, deyə bilərik ki, devalvasiya xarici turizmə xüsusi mənfi təsir göstərmir. İnsanlar göndəriş almaqda davam edirlər, sadəcə indi bunun üçün əlverişli məqam gözləyirlər”.

OXŞAR XƏBƏRLƏR