8 Martda İçərişəhər"də maraqlı aksiya- "Hər xanım - bir gül"

Xanımlara skripkaçının müşayiəti ilə 2 pantomima aktyoru tərəfindən qızılgül təqdim ediləcək
Xəbərlər 7 Mart 2014 00:00 2225
8 Martda İçərişəhər"də maraqlı aksiya- "Hər xanım - bir gül"

Martın 8-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Hər xanım - bir gül" adlı aksiya keçiriləcək. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Seyyah.az-a verilən məlumata görə, 2011-ci ildən həyata keçirilən və artıq ənənə halını almış bu aksiyanın əsas məqsədi həmin gün İçəri Şəhərin qonağı olan hər bir xanımın bayram sevincini artırmaqdır.


8 Mart günü saat 10.00-dan etibarən Qoşa Qala Qapısından İçəri Şəhərə daxil olan hər xanıma skripkaçının müşayiəti ilə 2 pantomima aktyoru tərəfindən qızılgül təqdim ediləcək.

 

OXŞAR XƏBƏRLƏR