AZAL-dan Novruz bayramı endirimləri

Xəbərlər 7 Mart 2014 00:00 1680
AZAL-dan Novruz bayramı endirimləri

“Azərbaycan Hava Yolları” QSC Novruz Bayramı münasibətilə  uçuşlarda xüsusi aksiyaya başlayır. AZAL-dan Seyyah.az-a verilən məlumata görə, bu münasibətlə Praqa, Milan, Roma, Paris, London, Pekin (və geriyə) 399, Mineralnıye-Vodı, Aktau (və geriyə) 199, İstanbul (və geriyə) 229, Ankara (və geriyə) 329, Təbriz və Tehran (və geriyə) 179, Tel-Əviv  (və geriyə) istiqamətində uçuşlar isə 369 Avro təşkil edəcək.  

Uçuş tarixləri martın 26-dan mayın 19-na, satış tarixləri isə martın 9-dan martın 25-dək olacaq.

Məlumatda bilirilir ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. 

 

 

OXŞAR XƏBƏRLƏR