Seyyah.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakıda "China Southern"in nümayəndəsi Çin Lixon təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Urumçi və Quançjou vasitəsilə Şençjen, Şanxay, Xançjou, Yivu, Sinqapur, Manila və Banqkok kimi şəhərlərə getmək olar.
Reys həftədə iki dəfə - çərşənbə və bazar günləri reallaşdırılacaq.