Martın 8-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Hər xanım - bir gül" adlı aksiya keçirilib. Seyyah.az-ın məlumatına görə, səhər saat 10.00-dan etibarən Qoşa Qala Qapısından İçəri Şəhərə daxil olan hər xanıma skripkaçının müşayiəti ilə 2 pantomima aktyoru tərəfindən qızılgül təqdim edilib.
Seyyah.az Gün.az-a istinadən həmin aksiyadan fotosessiyanı təqdim edir.