İstirahət mərkəzində faciə - MƏRKƏZDƏN AÇIQLAMA

Xəbərlər 11 Iyun 2016 00:00 1262
İstirahət mərkəzində faciə - MƏRKƏZDƏN AÇIQLAMA

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda yerləşən istirahət mərkəzində baş verən faciə ilə bağlı məlumat yayıb. Səyyah.az-ın məlumatına görə, iyunun 10-da İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisindəki istirahət mərkəzlərindən birində rayon sakini Ramin Muradov oradakı süni göldə çimərkən boğulub.

 

Səyyah.az-ın məlumatına görə, hadisə «Qaya» istirahət mərkəzində baş verib. Mərkəzdən bildirilib ki, qaydalara görə həmin göldə çimmək qadağan idi: «Gölün kənarında çimmək qadağandır işarəsi var» idi. Göldə suyun dərinliyi 2,5-3 metrdir.

 

Burada çimmək qadağan olduğuna görə, xilasedici də olmayıb. Mərkəzdən bildirilib ki, hadisə yerində polis də araşdırma aparıb. Qeyd edək ki, hələlik istirahət mərkəzi çalışmır. «Qaya»nın özündə bunu hələlik mövsümə başlanmaması ilə izah ediblər. Bildirilib ki, burada istirahət mövsümü iyulun 1-dən başlanacaq.  

OXŞAR XƏBƏRLƏR