İran mədəniyyətinin incisi Şirazdan reportaj

Xəbərlər 16 Iyun 2016 00:00 1208
İran mədəniyyətinin incisi Şirazdan reportaj

Şiraza bileti Təbrizdə “Üst Terminal” adlanan yerdən aldıq. Buradan hər gün günorta saat 2-də Şiraza avtobuslar yola düşür. Biletin qiyməti 72 min tümən idi, bizim pulla təxminən 23 manat. Amma bir gün əvvəlki avtobus üçün qiymət 60 min tümən idi, qiymətlər avtobusdakı yer sayına görə dəyişir. Günorta saat 2-də yola düşdük. Avtobus olduqca rahat, terminaldakı işçilər və sürücülər çox mədəni idilər.

Terminalda Üzeyir Mehdizadəyə də qulaq asmaq qismət oldu :). Şəbnəm qulaqlarını götürüb qaçırdı ki, dedim mən ölsəm də bunu videoya çəkəcəm.

Şiraza gələndə yolun sonuna yaxın az qala damarlarımı kəsirdim, heç vaxt bu qədər uzun yol getməmişdim, nəhayət çatdıq, dərin bir nəfəs aldıq. İlk dəfədən Şiraz haqqında təəssüratımız çox yaxşı idi, amma yağış yağırdı və biz dua edirdik ki, bircə yağış kəssin, yoxsa rahat gəzə bilməyəcəyik. Xoşbəxtlikdən bir neçə saat sonra yağış kəsdi.

Ünsiyyət

Şirazda da dil problemimiz olmadı, çünki yol yoldaşım farsca yaxşı başa düşür və danışır. Bir də Şirazda çoxlu Qaşqay türkləri yaşayır, təmiz türkcə danışırlar amma daha çox Güney Azərbaycanlıların ləhcəsinə oxşayır. Bundan əlavə, Şirazda əksər sürücü və satıcıların ingiliscəsi var. Ümumiyyətlə şirazlılar olduqca mehriban və qonaqpərvər insanlardırlar, dil bilməsələr də bədən dili ilə başa salar, ya da mütləq dil bilən birini tapıb kömək edərlər.

Otel

Şirazda Bənövşə (Mehmanpazir Bənəfşə) oteldə qaldıq. Şirazın mərkəzi küçələrindən biri olan Dariuş prospektində yerləşir. Bir otaq üçün gecəsinə 30 min tümən (10 manat).

Yemək

Şirazda da Təbrizdə olduğu kimi kafe və restoranlar baha deyil. Amma çox pul xərcləmək istəməsəniz, bizim kimi, əksər vaxtınızı fast foodla yola verə bilərsiniz. Bir də Şirazda çox məşhur Şapuri restoranına mütləq getməlisiniz ki, bu haqda yarıca yazacam.

Şirazda gördüyümüz yerlər:

Persepolis, Nekrepolis, Sədi Şirazinin türbəsi, Hafiz Şirazinin türbəsi, Vəkil bazarı, Vəkil cami, Baği İrəm, Ərgi-Kərimxan, Şahi Çıraq, Cahannüma, Baba Kui dağı və hər kəsin marağını cəlb edən İranın gecə həyatı.

Vəkil bazarı

Vəkil bazarı dünyanın ən qədim bazarlarından biridir. On birinci əsrdə tikilib. Bu bazarda qızıl əşyaları, paltar, qab-qacaq, aksesuarlar, xalçalar bir sözlər hər şey tapmaq olar.

Vəkil bazarında qab-qacaq və suvenir mağazası

Satıcıların əksəriyyəti ingiliscə danışır. Bazarda foto, video çəkmək çox rahatdır, hətta qadınlar da buna aqressiv reaksiya vermirlər.

Heç yerdə uzun-uzun dayanmadan gəzsəniz 2 saata Vəkil bazarını gəzi bitirə, sonra da bazarın içində, hovuzun kənarında oturub canlı musiqiyə qulaq asa bilərsiniz.

Vəkil bazarının çıxışında maraqlı bir kafe var, divarlarında fars şairlərinin misraları yazılmış kağızlar və fars pəhləvanlarının fotoları asılıb, taxta və əyri-üyrü kötükdən düzəldimiş stollara xalça sərilib. Həyətdə müxtəlif güllər var, amma kafe tam açıq havadadır demək olmaz, çünki dörd tərəfdən tikililər var, o tikililərin arasında kiçik bir yer qalıb və oranı kafe ediblər, küçədən bir giriş var. Bu İranda gördüyümüz ən maraqlı kafe idi.

Həmin kafenin girişi

Vəkil cami

Giriş: 10 000

Məşhur Vəkil bazarının yanında yerləşir. 1751-73-cü illərdə Kərim Xan Zəndin dövründə tikilib. Elə də böyük deyil, çox qısa zamanda gəzib çıxa bilərsiniz.

Vəkil Cami

Baği İrəm (Baghe Eram)

Giriş: 15 000 tümən

Baği İrəm Şirazda gördüyümüz ən gözəl yerlərdən biri idi. 19-cu əsrin ortalarında tikilib.

Baği İrəm

Ərgi Kərim Xan (Kərim Xan qalası)

Giriş: 15 000 tümən

Ərgi Kərim Xan Şəhrdari prospektində yerləşir, yəni demək olar ki, şəhərin mərkəzi hissəsindədir.

iran-arge-karim-khan1

Qala  1766-67 –ci illərdə Kərim Xan Zənd tərəfindən tikdirilib. Bir müddət həbsxana kimi istifadə olunub. Qalanın içində portağal ağaclarından bağ var, kənardan çox adi bir qala kimi görünsə də içi çox fərqlidir. Adamı təsirləndirən də elə bu olur. Burada maraqlı ir şey gəldi başımıza, dediyim kimi Şəbnəmin farscası yaxşıdır, ona görə də gedib ikimizə də İranlı kimi bilet aldı. Qapıdan keçəndə nəzarətçi məni saxladı ki, sən xaricisən get 15 000 minlik bilet al. Halbuki heç nə danışmırdıq, elə bil alnıma yazılmışdı  </div> </div> <!--<div class=

-->
OXŞAR XƏBƏRLƏR