Biböri, İngiltərə
İngiltərənin qərbində yerləşən Biböri XIX əsrdə yaşayan yazıçı Uilyam Morrisə görə krallığın ən gözəl kəndi olub. Ədib haqsız sayılmaz. XVII əsrə aid rəngli daşlardan tikilmiş balaca evlər, Müqəddəs Meri kilsəsi və əsrarəngiz təbiəti ilə turistləri cəlb edən Bibörini "Bricit Consun gündəliyi" və "Ulduz tozu" filmlərində görmək olar.

Avropanın 5 əsrarəngiz kəndinə səyahət

Bled, Sloveniya
Alp dağlarının qoynunda, Buz dövründən qalma Bled gölünün ortasında yerləşən eyniadlı kəndi cəmi 1 saata gəzib qurtarmaq olar, lakin yaratdığı xoş təəssüratdan uzun müddət qurtulmaq mümkün deyil. Kəndin sakinləri adadakı kilsədə evlənir. Deyilənlərə görə, kilsəyə gedən 99 pilləni qalxmaq cütlüyə uğur gətirir.

Avropanın 5 əsrarəngiz kəndinə səyahət

Avropanın 5 əsrarəngiz kəndinə səyahət

Kolmar, Fransa
Şərabları ilə məşhur Alzas bölgəsində yerləşən Kolmar kəndinin içindən Loş çayı axır. Kəndin "Kiçik Venesiya" adlı bölgəsində qayıqla gəzinti var. Cənnəti xatırladan Kolmarda "Azadlıq heykəli"nin yaradıcısı Frederik Bartoldinin ev muzeyini də ziyarət etmək olar.

Avropanın 5 əsrarəngiz kəndinə səyahət

Holştat, Avstriya
"UNESCO"nun Dünya Mədəni İrsi siyahısına salınan Holştat eyniadlı gölün ətrafında yerləşir. Dünyanın ən qədim duz mədənlərinin məskənidir. 2012-ci ildə mədənçiliklə məşğul olan maqnatlardan biri Çinin Huandun əyalətində Holştat kəndinin eynisini saldırıb. Bu, maqnata 940 milyon dollara başa gəlib.

Avropanın 5 əsrarəngiz kəndinə səyahət

Reyne, Norveç
Norveçin nüfuzlu həftəlik "Allers" dərgisi Reyneni 1970-ci illərin sonunda "ən gözəl kənd" seçib. Cəmi 345 nəfərin yaşadığı kəndə turist axını dayanmır. Reynenin gözəl mənzərəsinə Norveçin bələdçi broşurlarında rast gəlmək olar.

Avropanın 5 əsrarəngiz kəndinə səyahət