Türkiyə otelləri ölkəni bütün dünyada məşhurlaşdırmış «hər şey daxil»dir sistemini ləğv etməyə hazırlaşırlar. Seyyah.az-ın məlumatına görə, Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının rəhbəri Başaran Ulusoy bildirib. B.Ulusoy türk otellərini «hər şey daxildir» sistemini tədricən ləğv etməyə çağırıb. Buna səbəb türk otellərinin gəlirlərinin azalmasıdır.
Ulusoy bildirib ki, «hər şey daxildir» sistemi daha çox qənaətcil və ailə ilə birlikdə səyahət edən turistlər üçün sərfəlidir. Onu görə də belə otellər qiymətləri artıra bilmirlər – baxmayaraq ki, onların xərcləri ildən ilə artır. Ona görə də, Assosiasiya rəhbəri bildirir ki, bu sistemlə işləyən otellərin sayı tədricən azalmalıdır.
Qeyd edək ki, iyunun 23-də Türkiyə turizm biznesinin nümaynədələri ölkədə turizm sektorunun vəziyyəti ilə bağlı hesabatı baş nazir Binəli Yıldırıma təqdim ediblər. Hesabatda turizm sektorunun vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər də əksini tapıb. Plana görə, turizm sektorunun xilası üçün bu sahəyə 90 milyon dollar dəstək verilməli və turizm şirkətlərinin borcxlarının restrukturizasiyası üçün yeni mexanizmlər tətbiq edilməlidir.