Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır – QİYMƏT

Azərbaycanlılar Bolqarıstana sadələşdirilmiş viza ilə gedə biləcək
Xəbərlər 27 Iyun 2016 00:00 2419
Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır – QİYMƏT

Bakıdan Türkiyə və Bolqarıstana avtobus marşrutu açılır. Seyyah.az-ın məlumatına görə, yeni xəttin açıldığını Dövlət Avtomobil Nəqliyyat Xidməti bildirib. Məlumatda bildirilir ki, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, 1 iyuldan etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində avtobus reysləri həyata keçiriləcək. Bolqarıstana turistlər sadələşdirilmiş viza ilə gedə bilərlər. Biletin qiyməti 130 manat nəzərdə tutulub, gediş vaxtı isə 2 sutkadır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək. Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR