Bakı Bulvarında rəqs meydançası işə düşəcək

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi
Xəbərlər 27 Iyun 2016 00:00 740
Bakı Bulvarında rəqs meydançası işə düşəcək

Dənizkənarı parkla (Bulvar) ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin yeni

layihəsi yekunlaşmaq üzrədir. Seyyah.az Nazirliyə istinadən xəbər verir ki,

Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il

tarixindən etibarən istifadəyə veriləcək.

Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək

davam etməsi nəzərdə tutulur. Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”

elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.  

"Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların

rəqslərini izləməyə dəvət edirik"-deyə məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR