Türkiyəyə 150 dollarlıq turlar başladı

İstanbul və Antalya şəhərlərinə çox sərfəli paketlər təklif edilir
Xəbərlər 2 Iyul 2016 00:00 1654
Türkiyəyə 150 dollarlıq turlar başladı

Silk Way Travel turizm şirkəti Türkiyənin İstanbul və Antalya şəhərlərinə çox sərfəli turist paketləri təklif edir.

Şirkətdən seyyah.az-a daxil olmuş məlumata görə, aksiya çərçivəsində İstanbula 3 gün/2 gecə müddətinə turist paketini aşağıdakı qiymətlərlə əldə etmək mümkündür:

-3-ulduzlu otel: 149 USD*

-4-ulduzlu otel: 199 USD*

-5-ulduzlu otel: 239 USD*

* Qiymət ikinəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanmışdır.

Qiymətə birbaşa gediş-dönüş aviabileti (AZAL aviaşirkəti),hava limanı-otel-hava limanı transferi, oteldə gecələmə və tibbi sığorta daxildir. Oteldə qalma müddəti - iyulun 9-dan 14-dək.

Türkiyənin məşhur kurortu olan Antalya üzrə aksiya çərçivəsində bir nəfərə cəmi 299 USD-ə 5-ulduzlu oteldə 7 gün gecələmə ilə turist paketi əldə etmək mümkündür. Üç müxtəlif otel seçimi təklif olunur. Oteldə qalma müddəti - sentyabrın 6-dan 13-dək.

OXŞAR XƏBƏRLƏR