Türkiyəyə getmək istəyən rusların sayı - 10 DƏFƏ ARTIB

Xəbərlər 2 Iyul 2016 00:00 809
Türkiyəyə getmək istəyən rusların sayı - 10 DƏFƏ ARTIB

Rusiya prezidenti Vladimir Putin Türkiyə istiqamətində turpaket qadağasını aradan qaldırandan sonra ölkənin turizm sahəsində ciddi dəyişiklik olub.

Seyyah.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Rusiya Turoperatorları Assosiasiyasının direktoru Maya Lomidze bildirib ki, bu qərardan sonra Türkiyəyə getmək istəyən turistlərin müraciətləri 10 dəfədən çox artıb.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da Rusiyanın bu addımına münasibət bildirmişdi. O bildirib ki, Türkiyə Rusiyadan gələcək qonaqları məmnuniyyətlə qarşılamağa hazırdır.

OXŞAR XƏBƏRLƏR