Mənbə:http://www.buro247.az/lifestyle/travel/s-yah-tl-ri-sev-nl-r-n-qatar-otel.html
Yaponiyalı dizayner Marco Peterin konsepti vaqonlarda şəxsi kapsullar olan yüksək sürətli qatarları nəzərdə tutur. Sərnişin öz yerini istədiyi kimi quraşdıra, dincələ və hətta yol uzunu yata bilər. Dizaynerin sözlərinə görə, kapsul sərnişinlərə adi kreslolarla müqayisədə daha böyük məkan verir və bununla da qatar tutumunu azaltmır.
Qatar-otelin özəlliyi hər bir vaqonda sanitariya qovşağı və duş kabinlərinin olmasıdır.