Rusiyanın Ulyanovsk şəhərindən Bakıya birbaşa aviareys açılacaq.
“Komsomolskaya pravda” qəzeti xəbər verir ki, uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək və həftədə bir dəfə olmaqla cümə günü baş tutacaq. Uçuşun müddəti isə 2 saat 45 dəqiqədir. Qeyd edək ki, bu vaxta qədər Ulyanovsk sakinləri Bakıya Kazan-Bakı aviareysi ilə səfər edə bilirdilər.
Mənbə: Azərtac.