AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşları payız-qış mövsümündə də davam etdirəcək

Xəbərlər 2 Oktyabr 2013 00:00 1739
AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşları payız-qış mövsümündə də davam etdirəcək
“Azərbaycan Hava Yolları” (AZAL) payız-qış mövsümündə Bakı-Simferopol aviareysi üzrə uçuşları davam etdirəcək. “APA-Economics”in xəbərinə görə, bunu “SW Travel” turizm şirkətinin Ukrayna nümayəndəliyinin direktoru Aleksandr Lisovik Krımın turizm və kurortlar naziri Aleksandr Liyevlə görüşündə bildirib.

 

O, sözügedən aviareysin 2014-cü ildə yeni inkişaf səviyyəsinə qədəm qoyacağına ümid etdiyini söyləyib: “Biz bu perspektivli xəttə gələcəyə investisiya kimi baxırıq”.

 

Qeyd edək ki, AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşlara 2012-ci ilin iyulunda start verib. Uçuşlar kurort mövsümündə - iyul-sentyabr aylarında həftədə bir dəfə, həftənin bazar ertəsi günləri həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR