Bakıdan Batumiyə getmək istəyənlərə şad xəbər

Bakı-Batumi avtobus reysi açılır
Xəbərlər 6 Iyul 2016 00:00 1414
Bakıdan Batumiyə getmək istəyənlərə şad xəbər

Yaxın zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq. Gediş biletinin qiyməti 25 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR