Azərbaycan amerikalı turistlər üçün visa rüsumunu endirdi

Xəbərlər 7 Iyul 2016 00:00 683
Azərbaycan amerikalı turistlər üçün visa rüsumunu endirdi

Azərbaycana gəlmək istəyən ABŞ vətəndaşları üçün visa rüsumu 160 dollardan 20 dollara endirilib. Seyyah.az xəbər verir ki, bu barədə fins.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycana gəlmək üçün ABŞ vətəndaşları vizanı iki yolla- elektron turist vizası (emaillə göndərilir) və ənənəvi turist vizası (Baş Konsulluğa müraciət etməklə) əldə edə bilərlər.

Elektron vizanın qiyməti 20 dollar təşkil edir. Bu cür vizanı əldə etmək üçün turistlər Azərbaycandakı səlahiyyətli səyahət şirkətləri ilə əlaqə saxlamalıdırlar.

OXŞAR XƏBƏRLƏR