“Mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Xəbərlər 7 Iyul 2016 00:00 1103
“Mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Kataloniya İspaniya ərazisində yerləşən muxtar vilayətlərdən biridir. Burada katalon dilində danışırlar, flamenko əvəzinə yallını xatırladan sardana oynayırlar və korrida yarışlarını əsla sevmirlər.

Dalini dəli edən İspaniya

XX əsrin yazıçıları, şairləri, memarları, bəstəkarları, fizikləri haqqında saatlarla danışmaq, onların içərisində ən dahisini müəyyən etmək üçün bəlkə də aylarla müzakirələr aparmaq lazımdır. Lakin ən məşhur rəssamın kimliyi heç vaxt mübahisə və müzakirə olunmur: Salvador Dali.

Fiqeras - İspaniyanın şimal-şərqində yerləşən şəhərcikdir və Barselona ilə müqayisədə onu möhtəşəm adlandırmaq olmaz. Ancaq 1904-cü ildə bu yaşıllıqlarla zəngin, mülayim havası və gülərüz sakinləri ilə insanı özünə valeh edən şəhərdə gələcəyin dahisi olan Salvador Dali doğulmasaydı, yəqin ki, Kataloniyanın turist xəritəsində onu tapmaqda çətinlik çəkərdik. Dali Fiqerası 20-ci illərin sonunda tərk edir, amma nə Paris, nə də Nyu-York ona sevimli şəhəri qədər əziz olmur. 50-ci illərin sonunda - artıq populyar bir rəssam kimi Fiqerasa dönəndə şəhər meri R.Q. Rovir Dalidən bir xahiş edir: "Bizə daim sizi xatırladacaq bir rəsm əsərinizi hədiyyə edin". Dali doğma şəhərinə öz hədiyyəsini edir: ancaq rəsm əsəri yox, dünyada tayı bərabəri olmayan teatr-muzey. 1974-cü ildən bəri fəaliyyət göstərən bu unikal məkan "Qalateya" kimi də tanınır, teatr-muzeyin silueti beynəlxalq pop-artın rəmzi, sürrealistlərin səcdəgahı hesab edilir. Təkcə ötən il buranı 1 milyon 535 min insan ziyarət edib.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dali "evim" adlandırdığı bu binanın hər bir detalı üzərində böyük məsuliyyətlə çalışdığı üçün onun tikintisi düz 14 il çəkib. Teatr-muzeyin damında nəhəng yumurtavari fiqurlar yerləşdirib. Burada Dalinin çarpayısı, yazı stolu, divanı və digər şəxsi əşyaları ilə birlikdə əsərlərinin orijinal nüsxələri də saxlanılır. Muzeydə məni təəccübləndirən daha bir məqam Salvador Dalinin basdırıldığı türbə oldu. Bəli, 20-ci əsrin dahi rəssamının nəşi tikintisinə ömrünü həsr etdiyi evin fundamentində yerləşdirilib. Deyilənlərə görə, bunu rəssam özü vəsiyyət edib. O, həmişə bu teatr-muzeyə gələnlərin "yanında" olmağı arzulayıb. Bir sözlə, "Qalateya"nı gəzdikcə, onun hər bir eksponatını incələdikcə, Salvador Dali dünyasının nə qədər mistik, sürrealistik və qəribə olduğunun şahidi olursan.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Yeri gəlmişkən, Dalini bu unikal məkanı yaratmağa sevgilisi, muzası və dostu Qala ilhamlandırıb. Əsl adı Yelena Dyakonova olan rus əsilli bu qadın Salvador Dalidən öncə iki dəfə evli olub, lakin onun Dali ilə də ittifaqını uğurlu adlandırmaq olmaz. Onlar 53 ilin dostu olublar, zamanla bir-birilərindən ayrı yaşasalar da, Qala Dalinin ən çətin günlərində sığındığı qala idi.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Montserrat möcüzəsi
Montserrat Barselonadan 50 km uzaqlıqda yerləşir və katalonların ziyarətgahı kimi tanınır. Katalon dilindən tərcümədə "mişarlanmış dağ" deməkdir. Əfsanələrə görə, Monserrat mələklər tərəfindən Müqəddəs Məryəm üçün salınıb. Katalonlar hər il, ispanlar isə həyatlarında bir dəfə Montserratı mütləq ziyarət etməlidirlər. Bura həm maşınla, həm də funikulyorla qalxmaq olar. İkinci ilə səyahət zamanı 600 metr hündürlükdən bu təbiət möcüzəsini aydın seyr etmək imkanınız olacaq. Montserratda həm də dəniz səviyyəsindən 725 metr yüksəklikdə yerləşən benedikt monastrı fəaliyyət göstərir.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Ancaq buranı daha çox dağın zirvəsində, kilsədə qorunub saxlanılan "Qara Madonna" kimi tanınan, qucağında körpə İsa olan Məryəm ana heykəlinə görə ziyarət edirlər. Deyilənlərə görə, bu heykələ toxunub arzu diləsəniz, o, bir il ərzində həyata keçəcək. "Qara Madonna" həm də minlərlə ailəyə körpə "bəxş edib". Ümumiyyətlə, Montserratda əfsanə və miflər çoxdur. Onlardan birində deyilir ki, bu nadir Məryəm ana heykəli əsrlər öncə Montserratın ətəyindəki kəndin oğlanları tərəfindən aşkarlanıb. Məhz buna görə də dağın ətəyində oğlanlar monastrı salmaq təklif olunub.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Macəra dolu İspaniya 
Port-Aventura - Fransa Disneylendindən sonra Avropanın ikinci ən böyük əyləncə parkıdır. Tarraqona və Salou şəhərlərinin arasında yerləşən bu əyləncə parkı 1995-ci ildə açılıb. Bu il 20 illik yubileyini qeyd edən Port Aventura fəaliyyət göstərdiyi bu müddət ərzində təxminən 60 milyon ziyarətçi qəbul edib. Port Aventura özünün başgicəlləndirici attraksionları, istirahət məkanları, aqua-parkı, Aralıq dənizi, Vestern, Polineziya, Çin, Meksika və Sezamo Aventura kimi tematik şəhərcikləri ilə populyardır. Avropanın ən sürətli attraksionuna minəcək qədər cəsarətlisinizsə, bura mütləq baş çəkməlisiniz. Shambhala adlanan bu attraksionun hündürlüyü 76 metrdir və saatda 134 km sürətlə hərəkət edir. Əyləncə parkının rəsmiləri attraksionların təhlükəsizliyi ilə xüsusi məşğul olurlar. Belə ki, hər gün səhər saat 05:00-dan 10:00-dək əyləncə parkının tematik rayonlarında 30 nəfərdən ibarət briqada hər bir attraksionu yoxlayır, nasazlıqları aradan qaldırır.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Port Aventurada qonaqların vaxtlarını şən və maraqlı keçirmələri üçün hər cür şərait yaradılıb. 2014-cü ildən etibarən burada dünyanın ən məşhur sirki olan Cirque du Soleil öz şou-proqramları ilə çıxış edirlər. Hər gün bu şounu 2400-dək insan izləyir. Bundan başqa, Port Aventurada ümumi sahəsi 50 min kvadrat metr olan "Kosta Karibe" akvaparkı yerləşir. Akvaparkda 2013-cü ildə açılmış "Kral Kaxuna" Avropanın ən böyük su attraksionudur.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Barselona taksiləri - təqsirlilər
Yayda Barselonaya səyahət hər cəhətdən əlverişlidir: bir gün ərzində həm şəhəri gəzməyə, həm alış-veriş etməyə, həm də çimərliyə getməyə vaxt olur. Kimi bələdçi avtobusları ilə gəzməyə üstünlük verir, kimi ictimai nəqliyyat vasitələrinə, kimi də taksilərə... Yeri gəlmişkən, Barselona hər şeydə olduğu kimi taksiləri ilə də digər şəhərlərdən fərqlənir: onlar qara və sarı rənglərə boyanıb. Bəs niyə sarı və qara? Taksi sürücülərinin özləri və bələdçilər bu suala müxtəlif cavablar verdilər. Birincilər iddia edirlər ki, Barselonada hər şeydə olduğu kimi taksilər memar Qaudinin xatirəsi ilə bağlıdır. Deyilənlərə görə, ömrünün son illərində olduqca səfil vəziyyətdə yaşayan Qaudi Barselonaya yeni çəkilmiş tramvayın "qurbanı olub". Lakin qəzanın şahidi olanlar, o cümlədən, taksi sürücüləri onu xəstəxanaya vaxtında çatdırmayıblar. 74 yaşlı memarı xəstəxanaya çatdırdıqda isə artıq gec olub. Həmin ildən Barselona meriyasının qərarı ilə taksilər iki rəngə boyanıb. Qara rəng matəmi, sarı isə utanc hissini simvolizə edir.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Bələdçilərin sözlərinə görə isə Barselonaya tramvay Qaudinin ölümündən sonra çəkilib. Taksilərin rəngi isə təsadüfən seçilib.

İspan kəndində şəhər mədəniyyəti
"Şəhər içərisində şəhər" - katalonların Barselonanın düz mərkəzində saldıqları bu muzeyi belə də adlandırırlar. Onun başqa adı "Poble Espanyol" və ya "İspan kəndi"dir. Bu unikal şəhərcik 1927-ci ildə Ümumdünya Ticarət Sərgisi üçün salınıb, sərgidən sonra onu dağıtmaq istəsələr də, sakinlərin xahişi ilə muzey kimi istifadəyə veriblər. İspaniyanın müxtəlif regionlarının memarlıq xüsusiyyətlərini özündə birləşdirən bu kompleksdə ümumilikdə 116 tikili mövcuddur. "Poble Espanyol" ispanların "İçəri şəhəri"dir, lakin burada yaşayış yoxdur. Yalnız evlərin birinci mərtəbələrində suvenir mağazaları, keramika, tekstil, dəri və şüşə istehsalı ilə məşğul olan emalatxanalar yerləşir. Evlərin çoxu orijinalda olduğu ölçüdə ucaldılıb, hətta üzərilərində qədim İspaniyada olduğu kimi küçələrin adları deyil, evin sahibinin soyadı qeyd olunub.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

"Poble Espanyol" həm də bir çox sənətçilərin ilhamlandığı, yaddaqalan filmlərin çəkildiyi şəhərcikdir. Barselonanın "ürəyi" sayılan bu məkanı zaman-zaman Pedro Almodovar, Sedrik Klapiş, Covanni Veronezi, Mikelancelo Antonioni və Alexandro Amenabar kimi rejissorlar ziyarət ediblər. Rejissor Tom Tıkver isə Patrik Zyuskindanın "Parfümer" bestselleri əsasında eyniadlı filmin çəkilişləri üçün 2 ay ərzində İspaniya kəndini dolaşıb. Nəticədə isə Poble Espanyolda "Parfümer"in son səhnəsinin çəkilib.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Poble Espanyola giriş böyüklər üçün 12, 12 yaşınadək olan uşaqlar üçün isə 7 avro təşkil edir. Lakin ailələr və tələbələr üçün endirimlər də mümkündür.

"Mavi cənnət"
Görkəmli rəssam Mark Şaqal bu şəhəri "Mavi cənnət" adlandırıb, Hollivudun əsmər gözəli Ava Qardner həyatının ən gözəl illərini bu şəhərdə keçirib. Mavi dənizi, sıldırım qayalıqları ilə məşhurlaşmış Tossa-de-Mar Kosta-Brava sahillərində yerləşən kurort bölgələrindəndir.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Şəhər Barselonadan 100 kilometr aralıda, Aralıq dənizinin sahilində yerləşir. 50-ci illərdə burada çəkilmiş "Pandora və uçan holland" detektivi sayəsində məşhurlaşan Tossa-de-Mar sonralar baş rolun ifaçısı Ava Qardnerin "evi" olur. 1992-ci ildə şəhərin ən uca nöqtəsində "Oskar"lı aktrisaya ucaldılan bürünc heykəl isə hazırda turistlərin sevimli yerinə çevrilib. Tossa-de-Mar həm də festivalları ilə məşhurdur. Aprel, iyun və sentyabr aylarında burada ispanların qədim tarixə malik festivallarına qonaq ola bilərsiniz.

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Dalinin vətəni, “mavi cənnət” və “Qara Madonna”– İspaniyadan reportaj

Yeri gəlmişkən, istər Barselonada, istərsə də İspaniyanın digər şəhərlərində olduğunuz zaman çantanızı və dəyərli əşyalarınızı cibgirlərdən qorumağa çalışın. Burada oğurluq bir göz qırpımında baş verir. Hətta bələdçilər "oğurluq şou"larından ibarət maraqlı bir siyahı da hazırlayırlar. Əsas xəbərdarlıq isə belədir: Əgər İspaniyadan xoş xatirələrlə ayrılmaq istəyirsinizsə, gözünüzü çantanızdan ayırmayın.

Deyirlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. "Azərbaycan Hava Yolları"nın "Summer Tour" və "Terramar Group" turizm şirkətlərinin təşkilatçılığı ilə açdığı Bakı-Barselona-Bakı reysi sizə İspaniyaya unudulmaz səyahət imkanı verir. Bu fürsəti əldən verməyin!

Mənbə: buro247.az

Mən

Mənbə:http://www.buro247.az/lifestyle/travel/dalinin-v-t-ni-mavi-c-nn-t-v-qara-madonna-i-spaniy.html

OXŞAR XƏBƏRLƏR