Kanadaya necə getmək olar? - ÜSULLAR

Xəbərlər 8 Iyul 2016 00:00 9467
Kanadaya necə getmək olar? - ÜSULLAR
Kanadaya turist, müvəqqəti yaşayış, təhsil və iş vizası alaraq getmək olar.

 

Seyyah.az-ın məlumatına görə, turist vizası üçün aşağıdakı sənədlər lazımdır:

Turist vizası üçün: 

İş yerindən arayış;

Bank hesabı (ən azı 3 min Kanada dolları - bu 2300 ABŞ dolları qədərdir);

Ailə tərkibi haqda məlumat;

Otel və təyyarə bileti barədə məlumat (rezervasiya);

Səyahət sığortası;

İstisna hallarda səfirlik Azərbaycana qayıdacağınızı sübut edən başqa sənədlər də tələb edə bilər.

 

İşçi vizası (express entry) üçün:

 

İngilis dilində danışıq (İELTS 6,5) – 2 il və daha çox iş təcrübəsi olanlar dil bilgisindən azaddır;

İş təcrübəsi (ən azı 1 il);

Bank hesabı;

Ailə tərkibi haqda məlumat;

Kanadada iş dəvəti aldığınız şirkət haqda məlumat.

 

Kanadanın Azərbaycanda səfirliyi olmadığı üçün sənədləri viza müraciət mərkəzinə (http://www.vfsglobal.ca/Canada/Azerbaijan/introduction.html) təqdim etmək lazımdır.

Viza Kanadanın Türkiyədəki səfirliyi tərəfindən verilir.

 

 

OXŞAR XƏBƏRLƏR