MDB-nin bu ölkələri Avropaya vizasız gedəcək

Strasburqda  Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin toplantısı keçirilib.
Xəbərlər 8 Iyul 2016 00:00 899
MDB-nin bu ölkələri Avropaya vizasız gedəcək

Seyyah.az "Marja"-ya istinadən xəbər verir ki, topalntıda Komitə Gürcüstan, Ukrayna və Kosovanın viza sərbəstliyi üçün tələb olunan şərtləri yerinə yetirdiklərini və tezliklə Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilən ölkələr siyahısına əlavə olunması istiqamətində fikir bildirib.

Komitədə keçirilən səsvermədə Ukraynaya viza sərbəstliyi üçün 42 bəli, 3 xeyr səsi verilərkən, 6 bitərəf səs verib. Gürcüstan vətəndaşlarının Avropaya vizasız səyahəti üçün 43 deputat lehinə, 5 deputat əleyhinə səs verib, 3 üzv bitərəf qaldı. Kosovo ilə bağlı səsvermədə isə 38 bəli, 7 xeyr və 6 bitərəf səs çıxıb.

Xarici Əlaqələr Komitəsinin hesabatı AP Mülki Azadlıqlar Komitəsinə göndəriləcək və sentyabr ayında burada müzakirə olunub qiymətləndiriləcək. Ukrayna, Gürcüstan və Kosovoya viza sərbəstliyi qərarının bu il ərzində çıxması gözlənilir.

OXŞAR XƏBƏRLƏR